Gəncədə bayram bayrama qarışdı...

post-img

Bu günlər Gəncə al-əlvan libasa bürünüb.Küçə və meydanlarda, park və xiyabanlarda minlərə sakin Zəfər Gününü və Bayraq Gününü qeyd edir, şənlənir,fərəhlənir.Şəhər icra hakimiyyətinin müvafiq qurumları bayramların möhtəşəm, yaddaqalan olması üçün əvvəlcədən bütün zəruri tədbirləri görüb.

 Dünən, noyabrın 8-də gündüz şəhər icra hakimiyyətinin dəstəyi və Quru Qoşunların Komandanlığının təşkilatçılığı Zəfər Yürüşü  olub.  Hərbi orkestrin müşayiəti ilə keçirilən yürüş şəhərin Nizami Gəncəvi prospektindən başlayaraq, Heydər Əliyev və Atatürk prpospektləri ilə davam edib.  

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Quru Qoşunları Komandanlığının rəhbər heyəti, millət vəkili, Yap Gəncə şəhər təşkilatının sədri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, müharibə iştirakçıları və sakinlər iştirak ediblər.

Ağacəkmə aksiyası, axşam Heydər Əliyev Meydanında 8 Noyabr - Zəfər Günü ilə bağlı möhtəşəm konsert proqramı şəhər sakinlərini sevincinə səbəb olub.

Tədbirdə qeyd olunub ki, 27 sentyabr 2020-ci il tarixində Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə başlanan “Dəmir yumruq” əməliyyatında qazanılan Qələbə zəfər tariximizə qızıl hərflərlə yazıldı. Rəşadətli Azərbaycan Ordusu cəmi 44 günə Ermənistanın illərlə formalaşdırdığı “yenilməzlik” mifologiyasını darmadağın etdi, 30 illik ağrı-acıya, nisgilə, həsrətə son qoydu. Azərbaycan xalqı məğrur, dönməz və yenilməz xalq kimi tarixə düşdü!

       Daha sonra F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistləri, Göygöl Dövlət Mahnı və Rəqs Ansamblı, Uşaq İncəsənət Məktəbinin “Xəmsə” nağaraçılar ansamblı, “Xəmsə” Uşaq Rəqs Ansamblı və şəhərimizin digər musiqi kollektivləri tərəfindən konsert proqramı təqdim edilib. Gəncənin tanınmış müğənnilərinin ifasında vətənpərvərlik ruhunda mahlılar səsləndirilib.

           Konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.

       Bu gün,  noyabrın 9-da isə şəhər icra hakimiyyətinin və F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı Dövlət Bayrağı Günü münasibətilə konsert proqramı keçirilib.Tədbirdə icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, millət vəkili Pərvin Kərimzadə, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, aparatın məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Bildirilib ki, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi və Rəşadətli Ordumuzun gücü ilə bu il şanlı Zəfərimizin üçüncü ildönümü qeyd olunur. Bu gün Üçrəngli dövlət rəmzimiz qalib ədası ilə əzəli və əbədi torpaqlarımız olan Qarabağda, Şərqi Zəngəzurda, Qarabağın baş tacı olan Şuşada, Xankəndində, Xocalıda dalğalanır.

Daha sonra F. Əmirov adına Gəncə Dövlət Filarmoniyasının kollektivi konsert proqramı ilə çıxış edib. Bir-birindən maraqlı çıxışlar tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Hamlet Qasımov,

X.Q.-nin bölgə müxbiri

 

 

 



















Sosial həyat