Bu gün daha bir qürurverici anı yaşayırıq!

post-img

Bu gün - noyabrın 8-i Azərbaycanın Ermənistan üzərində hərbi üstünlük əldə etməsindən 3  il ötür. Azərbaycan xalqı  zəfərimizin 3- cü baharını  Xankəndidə qeyd edir.

Milli Məclisin deputatı Aydın Mirzəzadə XQ-ə Zəfərə gedən yolun necə qürurlu, ağır, əzəmətli olduğundan danışıb.

O qeyd edib ki, 44 günlük vətən müharibəsinə qədər əldə etdiyimiz uğurlar, yaşayış məntəqələrinin azad edilməsi, artıq böyük zəfərin  çox da uzaqda olmadığı qənaətinə əsas verirdi.

"Ermənilərin Azərbaycan torpaqlarına olan iddiasından və birinci Qarabağ müharibəsindən sonra vəziyyət günü -gündən gərginləşməkdə davam edirdi. Azərbaycanın sülh tələblərinə baxmayaraq Ermənistan ərazi bütövlüyümüzü tanımaq istəmirdi, bununla belə Azərbaycan qüdrətli ordu yaradır, iqtisadiyyatını gücləndirirdi, beynəlxalq aləmdə həqiqətlərimizi yayırdı və nə vaxtsa torpaqlarımızın azad olunmasında bütün xalq inanırdı.

44 günlük vətən müharibəsinə qədər əldə etdiyimiz uğurlar, yaşayış məntəqələrinin azad edilməsi, artıq böyük zəfərin  çox da uzaqda olmadığı qənaətinə gəlməsinə əsas verirdi.

Artıq Sentyabr ayında olunan əks hücüm əməliyyatı zamanı isə biz bu Zəfəri qətiləşdirdik 30 illik torpaq həsrətinə son qoyduq və 10 noyabr 3 tərəfli bəyannamənin imzalanması ilə müharibənin bitdiyini  Azərbaycanın  öz suverenliyini bərpa etdiyini bütün dünyaya göstərdi.

Mədəniyyət beşiyi olan Şuşanın azad edilməsi isə hər birimizin qəlbimizdə xüsusi yer tutdu.

Cəmi 3 il tarixi olmasına baxmayaraq Zəfər günü ən əziz bayramımızdan biridir.  Hər zəfər bayramı ərəfəsində biz qazanılmış  qələbənin heç də asan olmadığını , bunu qorumağın çox vacib oduğu qənaətindəyik.

Zəfəri bizə şəhidiərimiz, qazilərimiz, şanlı ordumuz və  cənab Ali Baş Komandanımız Prezident İlham Əliyev  yaşatdı.

Bu gün daha bir qürur verici anı yaşayırıq, vaxtı ilə separatcıların yuvası olan Xankəndidə indi ordumuz  Zəfər paradı ilə addımlayır, bayrağımız Xankəndi  səmalarında dalğalanır nə xoşbəxt xalqıq ki, vaxtı ilə separatçıların güllə yağdırdığı bir yerdən indi Azərbaycan əsgərləri zəfər yürüşünü edir. Sevincli bir gündür, biz bir tarix yaşayırıq və tarix göstərdi ki, müstəqilliyə, azadlığa, layiq bir xalqıq“.

Ayşən Azadova

Sosial həyat