Zəfər nəğmələri

post-img

Qələbə köynəyi

 

Bu yüksələn bayrağım –

Qəlbimə qürur mənim!

Ana Vətən eşqiylə, 

Ürəyim vurur mənim!

Mavi – mənim göyümdür,

Al – zəfər köynəyimdir. 

Yaşıl – cənnət torpağım,

Uca sərvi boyumdur!

Yola çıxdıq, uğura,

Qəhrəmanlar doğula!

Qələbəyə çağıran,

Əslim, köküm, soyumdur!

Dalğalan, uca bayraq!

Min yaşa, Ana torpaq!

Uğrunda şəhid olmaq 

Büsatımdır, toyumdur. 

“Vətən” – dedim ünlədim,

Zərəngizi dinlədim.

Tarix yazıb yaşamaq,

Bir ilahi duyumdur. 

 

Zərəngiz Dəmirçi QAYALI

 

Карабах

Rus dilində yazılmış bu şeiri redaksiya­mıza Qazaxıstanın Astana şəhərində yaşa­yan tarixçi, şair-jurnalist Daniyar Qasımov göndərib.

Враги уго сильно избили,

Он еле стоял на ногах.

А потом его допросили:

«Скажи нам, чей теперь Арцах?»

Ответил им отважный воин,

Сущая правда в его словах:

«Здесь каждый тюрок жить достоин!

Он всегда наш, Карабах!»

Такой ответ врагов смутил,

Они считали, что бойца сломили,

Ложь он чистой правдой отразил

И этого ему, конечно, не простили.

В злобе, что запугать не смогли,

Враги его бензином облили.

Горел в ту ночь город Ходжалы,

И пленного аскера тоже спалили.

Смешался прах его с землей родной,

Нет чести для аскера большей.

Карабах сейчас возвращается домой

Он стал для тюрков святыней общей!

P.S: Şübhəsiz şairlərimiz bu şeiri dilimizə çevirib redaksiyamıza təqdim edəcəklər.

 

Şükür olsun bu günə 

Gör necə də vüqarla başım üstə durmusan, 

Yenilməz bir ulusa, yurda tən, uca bayraq!

Bəs eləyir vəsfinə bircə qızılı misra, 

Bu torpaq uca bayraq, bu Vətən uca bayraq!

Əbədi dalğalanmaq həvəsini duyuram,

Ürəyini oxuyur və səsini duyuram,

Nəbzini dinləyirəm, nəfəsini duyuram,

Məni-mən eyləyənsən, məni-mən, uca bayraq!

O sənin şəhid oğlun, bu sənin şəhid bacın,

Mənim sinəmə gəlsin, nə ki, var, ağrın-acın,

Dalğalanır Murovun yelində qıvrım saçın,

Ətəyi coşqun dəniz, başı çən, uca bayraq!

O zəfərdən anamız Təbrizə də dilərsən,

Qanlı göz yaşlarını ətəyinlə silərsən,

Kefin harda istəsə dalğalana bilərsən,

Qazanmısan bu haqqı, sən ey, sən, uca bayraq!

Qoruyub yaşatmışıq səni qan bahasına,

Min-min oğul, min-min ər, min-min can bahasına,

Daha nə yazım axı, nə yazım dahasına,

Bayraq deyirəm sənə, bayraq, ən uca bayraq!

 

Ayaz ARABAÇI

 

Zəfər yolumuz

Üfüqdə bir ümid işığı yandı, 

Başlandı zəfərə səfər yolumuz...

Bəsdir ana yurdum yandı, talandı,

Ürəkdə qövr etdi qəhər yolumuz...

Çatdı qələbəyə zəfər yolumuz!

Bir vaxt silahsızdıq, əli yalındıq...

Bəlkə ona görə kənd-kənd alındıq...

Bəzən yağmalandıq, bəzən talandıq, 

Babalardan qalmış səngər yolumuz...

Çatdı qələbəyə zəfər yolumuz! 

Milyon əl birləşib – bir yumruq oldu,

Ürəklər hünərlə, qürurla doldu.

Düşmənin bağrına yaralar vurdu

Misri qılınc kimi dəmir qolumuz,

Çatdı qələbəyə zəfər yolumuz!

Üzü qələbəyə yol getdi onlar,

Keçilməz qayalar qət etdi onlar,

Bir ümid sədası eşitdi onlar,

Vətənin sehrindən keçər yolumuz...

Çatdı qələbəyə zəfər yolumuz!

Bu yolda şəhidlik ən uca məqam!

Candan əziz Vətən, Vətən – əziz can...

Şəhid anaları – ruhu qəhrəman!

Cəngi lay-layımız, hünər yolumuz...

Çatdı qələbəyə zəfər yolumuz!

Yurdun daş yaddaşı – bir qan yaddaşı!

Unutmaq olarmı axan qan-yaşı?!

Bizə əmanətdir hər dağı, daşı, –

Müqəddəs ünvandır əsgər yolumuz,

Çatdı qələbəyə zəfər yolumuz! 

 

Elman İSKƏNDƏR

Sosial həyat