“Lənkəran qızlarının rəqsi”

post-img

Görkəmli Xalq rəssamı Maral Rəhmanzadənin 1970-ci ildə ərsəyə gətirdiyi “Lənkəran qızlarının rəqsi” tablosu “Azərbaycan qadınları” silsiləsinə daxil olan əsərlərdəndir. Rəsmdə 3 rəqs edən qız təsvir olunub.  

Azərbaycan qadınına xas gözəlliyin, zərifliyin tərənnüm edilməsi Maral Rəhmanzadə yaradıcılığının əsasını təşkil edir desək, yanılmarıq. O, öz  tablolarında qadınlarımızı çinar qamətli, əzəmətli, vüqarlı əks etdirib. Bu rəsm əsərində isə qızların məğrur duruşları ilə zərifliyi, incəliyi vəhdət təşkil edir. 

Tabloda bir çox parlaq boyalardan istifadə edilib. Rənglərin uğurlu seçiminin nəticəsidir ki, əsər tamaşaçını yormur. Deyə bilərik ki, rənglər qızların zərifliyi ilə səsləşir. 

Leyla HADİ,
tələbə-jurnalist

 

Sosial həyat