Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən noyabrın 2-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 13-17°, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-13°, gündüz 21-26° , dağlarda gecə 5-10°, gündüz 13-18° isti olacaq.
Q.QASIMOV
XQ

