Çağırış Kubokunda “Xarı Bülbül Şuşa” klubunun növbəti oyunlarının təqvimi müəyyənləşib.
Şuşa təmsilçisi növbəti mərhələdə Yunanıstanın “Panatinaikos” komandası ilə görüşəcək. Komandalar arasında ilk oyun noyabrın 21-də Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək. “Xarı Bülbül Şuşa”nın səfərdəki cavab matçı noyabrın 29-da olacaq.
Qeyd edək ki, komandamız ilk turda Slovakiyanın “TJ Spartak MYJAVA” klubunu məğlub edərək 1/16 finala yüksəlib.
Leyla SABİRQIZI
XQ

