Oktyabr ayının müavinət, təqaüd, ünvanlı yardımları ödənilib

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi başa çatdırılıb.

Bu barədə  nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, bundan əvvəl - oktyabrın 6-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, oktyabrın 13-də bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin oktyabr ayının pensiyaları ödənilib.

Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

Sosial həyat