Müharibə əlilinin əməliyyat xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb

post-img

“YAŞAT” Fondu daha bir qazimizin tibbi xərclərini qarşılayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən  bildiriblər ki, müharibə əlili Niftəliyev Arif Hüseyn oğlunun oynaq nahiyəsinin rekonstruksiyası məqsədilə həyata keçirilən “Fassiokutan” qapaq əməliyyatının xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.

Fondun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.

Sosial həyat