Bu fotonu uzun illərdir həyatda və “Facebook”da dostluq etdiyim həmkarım, dəyərli ziyalımız Vüqar Ağayev paylaşıb. O, 13 il AzərTAC-ın Yaponiyada xüsusi müxbiri vəzifəsində çalışıb, artıq bir neçə aydır ki, Vətənə qayıdıb. Sosial şəbəkələrdə Yaponiya ilə bağlı unudulmaz xatirələri ilə bağlı maraqlı, diqqətçəkən paylaşımlar edir.
Qeyd etməyə dəyər ki, Vüqar Ağayev “fb”-də ara-sıra “Gündoğar ölkə”nin əsrarəngiz təbiətini nümayiş etdirən bir-birindən gözəl illüstrasiyalar da yerləşdirir. Onların çoxunu bu ölkədə jurnalist kimi çalışdığı illərdə özü fotoaparatının yaddaşına həkk edib. Sizə bu gün təqdim etdiyimiz fotoda isə Kyoto adasındakı məşhur Byodoin məbədi əks olunub.
Təqdim etdi:
M.HACIXANLI
XQ