İndoneziyalı rejissor Monti Tivanın Bakıda çəkdiyi “Leyli və Məcnun” bədii filmi bu ölkənin ən nüfuzlu mükafatına layiq görülüb.
Filmin süjet xətti Leyli və Məcnunun əfsanəvi sevgi hekayətilə tam üst-üstə düşməsə də, yaradıcı heyət ekran əsərində tamaşaçıları maraqlı sujet xəttinin cazibəsində saxlamağa çalışıb. Həqiqətən, Monti Tivanın unikal rejissorluğu seyrçilərin filmdən zövq almasına şərait yaradır.
Filmdə əsas rolları Aça Septriasa, Reza Rahadian ilə yanaşı, Baim Vonq, Dian Nitami kimi tanınmış aktyorlar canlandırıblar.
XQ