“Qızıl əlcək”də 2 bürünc

post-img

Serbiyanın Çaçak şəhərində keçirilən “Qızıl əlcək” beynəlxalq turnirində Azərbaycan təmsilçiləri Ruslan Rüstəmov (63,5 kq), Kamran Şahsuvarlı (75 kq) bürünc medal qazanıblar. 

Komandamızın digər üzvü Ümid Rüstəmov (60 kq) isə bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Rinq ustası yarımfinalda yerli rəqib Stefan Kamoviçi məğ­lub edib - 3:0. Həlledici mərhələ­də Ü.Rüstəmov rusiyalı Nemət Səfərovla döyüşəcək.

Qeyd edək ki, yarışda 15 ölkə­nin boksçuları iştirak edirlər. 

L.AZAD
XQ

İdman