Türkiyəli tanınmış müğənni və aktrisa Öykü Gürman iş adamı sevgilisi Fatih İçmeli ilə ailə həyatı qurub. Türkiyə mətbuatı xəbər verir ki, cütlüyün nikahı Bakıda baş tutub.
Təxminən 3 il yarımdır sevgili olan cütlük ötən aylarda nişanlanıb. Ancaq Türkiyədə ötən il baş vermiş dəhşətli zəlzələ və müğənninin gərgin konsert proqramlarına görə, toy bir neçə dəfə ləğv olunub.
Nəhayət, cütlük nişan mərasimini Öykü Gürmanın sözləri ilə desək, “can Azərbaycanın paytaxtı Bakı şəhərində keçirməyi qərara alıb.
XQ