Hər rəng kartofun öz faydası...

post-img

Hər gün istifadə etdiyimiz kartofun heç də hamısı faydalı deyilmiş. Ağ, açıq rəng kartof daha zərərlidir, ən yaxşısı isə bənövşəyi çalarlı kartofdur. Kartofun rənginin bir əhəmiyyəti varmı? 

Tibb elmləri üzrə fəlsəfə doktoru Vitaliy Napolov faydalı kartof növünü açıqlayıb. Deyib ki, kartofun rəngi onun növ göstəricisidir, məhsulun keyfiyyətinə təsir etmir. 

Ən çox içi ağ kartofun istifadə edildiyini bildirən həkim sarı və ekzotik növ olan qırmızı kartofun olduğunu da qeyd edib. 

Ağ kartofda nişasta, sarıda A vitamini – karotin çoxdur. Qırmızı sortda antosianlar var. Hesab edilir ki, antosianlar immuniteti möhkəmlədir, onkoloji xəstəliklərə qarşıdır. Amma mədə-bağırsaq xəstəlikləri, allergiyası olanlar, böyrək və qaraciyər xəstələri qırmızı kartofla ehtiyatlı olmalıdır. Püre üçün ağ kartof, qızartmaq üçün sarı kartof daha yaxşıdır. Alanda iri – çəkisi minimum 80 qram olan kartof almaq yaxşıdır. Yaşıla çalan və ləkəli kartof solanin adlı toksinlə zəngindir, zəhərlidir.

Z.HÜSEYNLİ 
XQ

 

Sosial həyat