Bəkməzə limon sıx – öskürəyi yıx!

post-img

Bəkməz min illərdir ki, dərman kimi də istifadə edilir. Çox xəstəliklərdə şəfa olan, antibiotik qədər təsirli bəkməzə limon sıxıldıqda faydası daha da artır. Alternativ tibbdə bəkməzlə limon qarışımının xüsusi yeri var. 

Bu qarışım öskürəyə son qoyur, boğazda ağrı, qaşınma və iltihabın qarşısını alır, orqanizmi qrip, soyuqdəymə kimi xəstəliklərdən qoruyur, bədəndəki virusları zərərsizləşdirir, toksinlərdən təmizləyir. Bundan başqa, qarışımın tərkibindəki dəmir sayəsində anemiyanın səviyyəsi azalır, sinir sistemindəki hüceyrələr yenilənir, enerji artır, yuxusuzluq aradan qalxır, uzun müddət toxluq hissi verdiyinə görə, arıqlamağa da kömək edir.

Yarım stəkan suya 3 xörək qaşığı bəkməz və yarım ədəd limonun suyu əlavə edilib qarışdırılır. Qarışım həftədə 6 gün səhər acqarına içilir və bir gün ara verilir. Bəkməz və limon qarışımı orqanizmdə qan əmələ gətirən təsir yaradır. Vitaminlər, minerallar və antioksidanlar baxımından da bədənə fayda verir, həmçinin bədəni detoksifikasiya etməyə kömək edir.

Z.HÜSEYNLİ 
XQ

 

Sosial həyat