Günəş qasırğası köçəri quşları ləngidir

post-img

Kosmosda baş verən qasırğalar köçəri quşların miqrasiyasının 17 faiz azalmasına səbəb olub.  

Amerikanın Miçiqan Universitetinin alimləri günəşdə müşahidə olunan maqnit qasırğalarının köçəri quşların miqrasiyasına təsirini öyrəniblər. Elmi araşdırmanın nəticələri “Proceedings of the National Academy of Sciences” (PNAS) elmi jurnalında dərc olunub. 

Alimlərin gəldiyi qənaətə görə, quşlar, eləcə də digər heyvanlar uzaq məsafələrə mövsümi səyahətlərə çıxarkən Yerin maqnit sahəsinə görə hərəkət edirlər. İntəhası, Günəşdəki partlayışlar və digər enerji tullantıları səbəbindən planetin maqnit sahəsində baş verən müntəzəm pozuntular “bioloji naviqasiyanın” etibarlılığına mənfi təsir göstərir. 

Tədqiqatçıların Yerin maqnitosferində dəyişiklikləri fiksə edən 37 meteoradiolokasiya stansiyasının və yerüstü maqnitomerlərin məlumatlarının analizindən sonra yekun rəyi budur ki, Günəşdə maqnit qasırğaları daha çox köçəri quşların yerdəyişməsinə mənfi təsir göstərir.  

Sevda 
XQ

 

Dünya