İnsan qəlbi bir asimandır

post-img

Dünən Aynur Familqızı adlı bir ziyalı xanım özünün “Facebook” səhifəsində təbii gözəlliklərlə mənəvi dəyərlər arasında müqayisələr edərək maraqlı bir paylaşım edib. Orada yazılır: 

“Dünyanın ən gözəl mənzərəsi hansıdır? Çoxlarına görə bu, sonsuz, tərtəmiz, füsunkar səmadır. Bəziləri səmada ənginliklərin qovuşduğu nöqtədə günəşin qürub etdiyi məqamdan zövq alırlar. 

 Əslində, çox yanılırıq! Səmadan da qat-qat gözəl bir mənzərə var, bu, insan qəlbinin dərinliyi, saflığı, təmizliyidir. Bu dərinliyə baş vurmaq üçün əxlaqi dəyərlərə üstünlük verməlisən. Necə deyərlər:

Sözü süz, sonra söylə,

Üzə söylə qeybət olmasın.

Elə söylə ki, xoş gəlsin sənə,

Həm əğyara.

İşarə ilə söylə, rəmzlə söylə,

Ancaq səddini çək sonra söylə…

Sufilərin həyat düsturunu xatırlatmaq yerinə düşər: “Az ye, az danış, az yat!”. Qənaət hikmətin başlanğıcı, insanlığın mayası, şərdən qurtulmağın və ucalmağın səbəbi, Haqq yoluna varmağın özüdür”.

Bu paylaşımın məğzi budur ki, təbiət nə qədər füsunkar olsa, insan qəlbinin saflığı və xeyirxahlığı hər şeyin fövqündədir. 

 

Sosial həyat