Hindistanın məşhur “Chitra Collection” şirkətinin məhsulu olan “Eqoist” adlı çaynik dünyanın ən bahalı mətbəx əşyası hesab olunur. 3 milyon dollar qiyməti olan bu çaynik qiymətli daşlarla – 1658 brilyant və 386 yaqutla bəzədilib. Dəstəyi isə mamont sümüyündən hazırlanıb.
2016-cı ildə “Ginnesin rekordlar kitabı”na düşüb. Hazırlanmasına isə nə az, nə çox, 1730 saat sərf olunub.
Ən diqqətçəkən məqam isə mərkəzdəki altı karatlı yaqut və qapağın üzərində olan 20 karatlıq daşdır.
Çaynik yalnız bir dəfə çay dəmləmək üçün nəzərdə tutulub və buna görə də “eqoist” adlanır.
F. SALMANLI
XQ