Qadın və kişi orqanizminin quruluşu müxtəlif olduğundan onların rasionuna yanaşma da müxtəlifdir. Bunu Avstraliya dietoloqları sübut ediblər.
Onlar 1998-ci ildə 1000 qadının iştirakı ilə qlobal araşdırmaya başlayıblar. Bütün bu müddət ərzində mütəxəssislər qadınların rasionunu təhlil ediblər. Alimləri, əsasən, tərəvəzlərin istehlakı maraqlandırıb.
Araşdırma göstərib ki, kələmin bütün növləri (ağ, qırmızı kələm, brüssel kələmi, kolrabi, gül kələm), həmçinin turp, şalğam kimi tərəvəzlər qadınların sağlamlığına müsbət təsir edir, onların arteriyalarını qoruyur, ömrünü uzadır. Bu tərəvəzləri tez-tez yeyən qadınlarda boyun arteriyalarının divarları orta hesabla 0,05 millimetr nazik olub. Çox cüzi görünən bu fərq qadınlarda vaxtından tez ölüm riskini 10–18 faiz azaldıb.
Alimlər bildiriblər ki, müalicənin təsiri olsun deyə, qadın hər gün bu tərəvəzlərdən, ən azı, 200 qram yeməlidir.
Z.HÜSEYNLİ
XQ

