Yeni tədris ilində 4 368 müəllim müddətsiz müqavilə ilə işə götürülüb

post-img

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə nəticələrinə əsasən 4 368 nəfər müddətsiz müqavilə əsasında işlə təmin olunub.

Bu barədə  Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, müddətli müqavilə ilə vakansiya seçimlərində 2 351 nəfər uğur qazanıb. Bu günə qədər əlavə yerləşdirmə mərhələsi üzrə isə 1 022 nəfər müddətli müqavilə əsasında işləmək imkanı əldə edib.

Elm