“Sabah” basketbol klubu FIBA Avropa Kubokunda növbəti qələbəsini qazanıb.
İlk turda Niderland təmsilçisi “Donar”ı 75:72 hesabı ilə məğlub edən Boban Mitevin yetirmələri bu dəfə Şimali Makedoniyada yerli “Rabotniçki” ilə üz-üzə gəliblər. Gərgin keçən görüşdə təmsilçimiz 83:81 hesablı əzmkar qələbə qazanıb.
Qrupun digər görüşündə Rumıniya “Rapid”i “Donar”a qalib gəlib – 69:65.
Azərbaycan çempionu qrupdakı son matçında Rumıniyanın “Rapid” kollektivi ilə qarşılaşacaq. Görüş oktyabrın 5-də olacaq.
Leyla SABİRQIZI
XQ

