“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında ilk oyununu keçirib.
“Qırmızı-qaralar” birinci mərhələdə Macarıstanın “Puşkaş Akademiya” klubu ilə üz-üzə gəlib.
Qəbələ şəhər stadionunda keçirilən yarışda komandamızın heyətində 8-ci dəqiqədə Şahin Şəhniyarov hesabı açıb. 36-cı dəqiqədə isə penaltini dəqiq yerinə yetirən qonaq komandanın müdafiəçisi Adam Umathum tarazlığı bərpa edib.
Beləliklə, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Komandalar arasında cavab oyunu oktyabrın 25-də Macarıstandakı “Panço Arena”da keçiriləcək.
Leyla SABİRQIZI
XQ

