Azərbaycanın gənc cüdoçusu Nizami İmranov (60 kq ) Portuqaliyanın Odivelas şəhərində keçirilən dünya çempionatında gümüş medal qazanıb.
Finala qədər bütün rəqiblərini məğlub edən tatami ustası həlledici mərhələdə Yaponiya təmsilçisi Yamato Fukudaya uduzduğu üçün ikinci yerlə kifayətlənib.
Qeyd edək ki, dünən mübarizəyə qoşulmuş komandamızın digər üzvləri Aydın Rzayev (66 kq), Könül Əliyeva (48 kq), Aydan Vəliyeva və Xədicə Qədəşova (52 kq) yarışda medal qazana bilməyiblər.
Dünya çempionatı oktyabrın 7-dək davam edəcək.
Leyla SABİRQIZI
XQ

