Sizin kalsiumunuz varmı?

post-img

Hazırda uşaqlar və gənclər arasında ciddi kalsium defisiti var. Bu isə təkcə sümüklərə deyil, digər orqanlara da təsir edir. Dietoloq Mixail Qinzburq kalsium azlığı zamanı əzələlərin zəiflədiyini, saç, dırnaqların qırıldığını, çanaq və onurğada ağrılar olduğunu bildirib. 

Deyib ki, bu adamlar, həm də əsəbi və nevroz olur. O, kalsium defisitini aradan qaldırmaq üçün kalsium mənbəli qidaları qəbul etməyi tövsiyə edib. İnsan heç vaxt sutkalıq kalsium ehtiyacını təmin edən qidaları tam qəbul etmir. Bunun üçün tərkibində maksimum kalsium çox olan qidaları seçmək lazımdır.

Bu qidalarda D və K2 vitamini də olmalıdır ki, kalsium mənimsənilsin. K 2 vitamini hər şeydən çox paxlalılarda, lobya, noxudda var. Gündə 1 dəfə yemək lazımdır. D vitamini isə balıqda, yumurta sarısındadır. Gündə 2 ədəd yumurta məsləhətdir. Xüsusən məktəbli və tələbələr bu qidaları müntəzəm qəbul etməlidirlər.

H.ZƏRİFƏ 
XQ

 

Sosial həyat