Çimərlik voleybolçularımız dörddəbir finalda

post-img

Çimərlik voleybolu üzrə Azərbaycanın kişilərdən ibarət komandaları “Bioderma Pro Beach Tour” açıq çempionatında 1/4 finala yüksəliblər.

Federasiyadan bildiriblər ki, yarışda ölkəmizi təmsil edən Vüqar Bayramov/Ülvi Rəcəbli və Vadim Kutukov/Heydər Məmmədli cütləri bu mərhələdə bir-birlərinə rəqib olacaqlar. 

Qeyd edək ki, sentyabrın 29-da Türkiyənin Mersin şəhərində start götürən yarışın qalibləri oktyabrın 1-də müəyyənləşəcək.

Leyla SABİRQIZI 
XQ

 

İdman