Premyer Liqa: “Neftçi” “Turan Tovuz”a qalib gəlib

post-img

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun növbəti oyunları keçirilib.

Dünən Tovuz şəhər stadionunda keçirilən “Neftçi” “Turan Tovuz” qarşılaşması qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra xallarını 12-yə çatdıran “ağ-qaralar” dördüncü pilləyə yüksəlib. 11 xalı olan bölgə təmsilçisi isə beşinci sıraya geriləyib.

“Sabah” komandası isə “ASCO Arena”da “Səbail”lə üz-üzə gəlib. Qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.

Bu nəticədən sonra xallarını 14-ə çatdıran “Səbail” üçüncü pillədəki mövqeyini qoruyub. Altı xalı olan “Sabah” isə səkkizinci sırada qalıb.

Leyla SABİRQIZI 
XQ

 

İdman