Xocəsən qəsəbəsində “Sağlam məhəllə”nin idman zonası istifadəyə verilib.
Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmiləri və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
“Sağlam məhəllə”də minifutbol, basketbol və voleybol meydançaları, eləcə də hər yaş qrupuna uyğun fitnes avadanlıqları yerləşdirilib. Nazir burada yaradılmış şəraitlə yaxından tanış olub və qəsəbə sakinləri ilə görüşüb.
Qeyd edək ki, “Sağlam məhəllə” layihəsini Gənclər və İdman Nazirliyi “Qala Sığorta”nın dəstəyi ilə əhalinin sağlam həyat tərzinin təmin edilməsi məqsədilə həyata keçirir.
Leyla SABİRQIZI
XQ