Dünyada qlobal ekoloji şərait ildən-ilə pisləşir. Bu sahədə bəşər övladının ozon dəlikləri problemini həll etməyindən savayı, qürrələnməyə heç nəyi yoxdur. Belə bir qənaətə Rusiya Elmlər Akademiyası Su Problemləri İnstitutunun alimləri gəliblər.
Onların fikrincə, insanın təbiətlə münasibətində əldə etdiyi yeganə müsbət istisna planetin ozon qatı ilə bağlıdır. Monreal protokolu qəbul olunandan və bu sənəddə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsindən sonra ozon qatının xarakteristikası yaxşılaşmağa başlayıb.
SEVDA
XQ