Dünyaca məşhur aktrisa Ancelina Coli keçmiş əri Bred Pittlə münasibətindən danışıb. Sənətçinin sözlərinə görə, ana olması onu “xilas edib”.
2002-ci ildə oğlu Maddoksu övladlığa götürən aktrisa deyib ki, 26 yaşında ana olub: “Bütün həyatım dəyişdi. Uşaq sahibi olmaq həyatımı xilas etdi və dünyaya başqa gözlə baxmağa vadar etdi”. Aktrisa sonra deyib ki, övladlarım olmasaydı, həyatım daha qaranlıq bir yola girə bilərdi.
Son 7 ildə daha az filmə çəkildiyini xatırladan Coli hazırda həyatında pozitiv dəyişmə prosesini yaşadığını da vurğulayıb.
AYTƏN
XQ