Taekvondoçularımız Cənubi Koreyada

post-img

Qadın taekvondoçulardan ibarət Azərbaycan milli komandası Cənubi Koreyada təlim-məşq toplanışındadır.

Yonqin Şəhər Universitetində ha­zırlıq keçən komandaya baş məşqçi Sun Mi Park və Sənan Həşimov rəh­bərlik edirlər. Məşqlərə Minaya Ək­bərova, Səmmərux Osmanova, Səi­də Əliyeva və Fatimə Məcidova cəlb olunublar.

Toplanışda Azərbaycan yığma­sı ilə yanaşı, Kanada, Seul, Jeju və digər yerli bölgələrdən tələbə taekvondoçular da iştirak edirlər.

Komanda məskunlaşdığı Çunçe­on şəhərinin akademiyasında da ha­zırlıq keçir. Oktyabrın 9-dək davam edəcək toplanışın növbəti günlərində sınaq döyüşlərinin keçirilməsi plan­laşdırılır. 

Leyla SABİRQIZI
XQ

İdman