“Rusiya Qızıl Xaç Cəmiyyətinin humanitar yük dolu avtomobili Ağdam-Xankəndi yolu ilə hərəkət edir” – Ceyhun Mirzəyev

post-img

Bu dəqiqələrdə Rusiya Qızıl Xaç Cəmiyyətinin humanitar yük dolu 1 TIR-ı və onu müşayiət edən həmin Cəmiyyətin işçi heyəti Rusiya sülhməramlılarının blok postunu keçdi və hazırda Ağdam-Xankəndi yolu ilə hərəkət edir.

Bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev Ağdam-Xankəndi yolunda jurnalistlərə açıqlamasında deyib.

O, həmçinin bildirib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yük avtomobilləri 15 gündür Ağdam-Xankəndi yolunda gözləyir: “Bu yüklərin də Qarabağda yaşayan erməni əsilli sakinlərə çatdırılması istiqamətində müzakirələr davam edir”.

Sosial həyat