Yeni həyat məkanı axtarışı

post-img

Qlobal iqlim dəyişikliyi, supervulkan püskürməsi, meteorit toqquşması və ya nüvə müharibəsi - dünyanın sonu ilə bağlı ssenarilər saysız-hesabsızdır. Yer kürəsi demək olar ki, sağ qalacaq, lakin yaşayış üçün yararsız yerə çevriləcək. Artıq, çox gec olmadan, bütün dünya alimləri bəşəriyyətin özünü mümkün təhlükədən xilas edə biləcəyi yer axtarır. 

Bəziləri Marsın terraformasiyasının (kosmik cisimlərdə iqlim şəraitinin dəyişməsinin hipotetik imkanları haqqında nəzəriyyədir) və ya Ayda yeraltı yaşayış evlərinin tikintisinin mümkünlüyünü müzakirə edirlər. Digərləri isə daha uzaqlara baxırlar. Ekzoplanetlər və ya günəşdənkənar planetlər - digər ulduz sistemlərindəki planetlər belə bir sığınacaq ola bilərmi? 

Ekzoplanet – Günəş sistemindən kənarda ulduz ətrafında fırlanan planetdir. Bu ulduzlar Günəşdən uzaqda – 4,22 işıq ili məsafəsində yerləşir. Ona görə də onları kəşf etmək mümkün olmurdu. Məsələ 1980-ci illərdə həll edilməyə başlandı. Onlar elmi metodların təkmilləşməsi nəticəsində aşkar olundular.

P.ƏFƏNDİ
XQ

 

Dünya