DOST-un çevik xidmət platforması

post-img

Ümummilli lider Heydər Əliyevin 100 illiyi və DOST Agentliyi­nin yaradılmasının 5 illiyi münasibətilə Azərbaycanda ilk dəfə sosial xidmətlər sahəsində “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfrans keçirilib. Heydər Əliyev Mərkəzində təşkil edilən və iki gün davam edən konfransda 50 xarici, 110 yerli qonaq, eləcə də 40 beynəlxalq təşkilat iştirak edib. 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev tədbiri açaraq bildirib ki, ötən əsrin 90-cı illərində müstəqil Azərbaycan dövlətini uzun­müddətli inkişaf yoluna səfər­bər edən ulu öndər Heydər Əliyev tərəfindən ölkəmizin uğurlu sosial inkişaf strategiya­sı yaradılıb. Bu strategiya Pre­zident İlham Əliyev tərəfindən mükəmməl islahatlarla davam və inkişaf etdirilir.

Nazir dövlət başçımızın tap­şırıqları ilə son beş ildə 4 sosial islahat paketi icra olunduğunu, bu islahatlar üzrə ayrılan əlavə illik vəsaitin 7 milyard manata çatdığını, sosial ödənişlərdə­ki ciddi artımları, dövlət sosial xidmətlərinin geniş miqyasda elektronlaşdırılması istiqamə­tində uğurları diqqətə çatdırıb.

DOST konsepsiyasının son illər aparılan sosial islahatla­rın mühüm nailiyyətlərindən olduğu vurğulanıb. Bildirilib ki, DOST mərkəzlərində 159 xid­mət “bir pəncərə”dən, innova­tiv texnologiyalarla, modern və çevik, tam şəffaf mexanizmlər üzərində təqdim edilir. DOST ölkəmizin bu sahədə yeni bren­dini formalaşdırıb. 

2019-cu ildən DOST Agent­liyi və 7 DOST Mərkəzi, işğal­dan azad olunmuş Zəngilanın Ağalı kəndində ilk Smart DOST xidmət məntəqəsi açılıb. DOST mərkəzlərində ötən dövrdə 1 milyon 730 min vətəndaşa xid­mət göstərilib. Həmin xidmət­lərdən vətəndaş məmnunluğu 98,2 faizə çatdırılıb. 

“Könüllü DOST” proqramı­nın uğurlarından da bəhs olu­nub. DOST konsepsiyasının beynəlxalq səviyyədə də yük­sək dəyərləndirildiyi, agentli­yin 13 beynəlxalq mükafata və sertifikata (Avropa Sosial Şə­bəkəsinin “Avropa Sosial Xid­mətlər Mükafatı”, Beynəlxalq Sosial Təminat Assosiasiyası­nın 3 mükafatı, Mükəmməllik sertifikatları və s.) layiq görül­düyü, bir çox ölkələrin Azər­baycanın DOST təcrübəsini tətbiq etməyə maraq göstərdiyi vurğulanıb. Ümumilikdə, Azər­baycanda son 5 ildə aparılan sosial islahatların uğurlarının təkcə keçən il və bu ilin ötən dövründə 40-a yaxın bey­nəlxalq mükafat və sertifikatla təltif edildiyi bildirilib.

Qeyd olunub ki, DOST modelinin unikallığı, qaza­nılmış nailiyyətlər əsasında faydalı təcrübə mübadiləsinə şərait yaradan bu konfransın məqsədlərindən biri də yerli və beynəlxalq ekspertləri bir araya gətirməklə dövlət sosial xidmətləri sahəsində müasir texnologiyaların, innovativ həl­lərin geniş tətbiqinə əsaslanan inkişaf perspektivlərinin, gələ­cək inkişaf yollarının müəyyən­ləşdirilməsidir. 

Konfransda fəxri qonaqlar qismində Avropa Sosial Şə­bəkəsinin sədri Kristian Fillet, Azərbaycan Prezidenti ya­nında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, BMT-nin rezident əlaqələndiricisi V. Andreyeva, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məm­mədov müxtəlif mövzularda çıxış ediblər.

Konfransda iki plenar və üç paralel iclasda yerli və bey­nəlxalq ekspertlər müxtəlif mövzularda təqdimatlar edib­lər.

Zərifə BƏŞİRQIZI
XQ

Sosial həyat