Qan şəkəri nəzarətsiz qalanda...

post-img

Diabet insanın qan şəkərinin təhlükəli dərəcədə yük­səldiyi vəziyyətdir. Bu xəstəlik bəzi hallarda diabetik ney­ropatiyaya keçə bilər. Endokrinoloq Antonina Quryeva­nın sözlərinə görə, diabetik sensor neyropatiya bədənin periferik nahiyələrində, məsələn, əllər, qollar, ayaqlarda hissiyyatın pozulmasıdır. 

Diabetli insanların 50 faizində xəstəlik irəlilədikcə, neyropa­tik simptomlar inkişaf edə bilər. Əllərdə, qol­larda, barmaqlarda və ya ayaqlarda olan əlamətlərə diqqət ye­tirmək lazımdır. Bu simptomlar olan za­man qıcıqlanma və uyuşma, ağrı hissinin azalması, temperatur həssaslığının itirilməsi, ayaqlarda, qollarda və ya əzalarda ağrı, əzələlərdə və oynaqlarda zəiflik baş verir. 

Bu əlamətlər əvvəlcə qollarda və ayaqlarda hiss olunur, lakin sonra proksimal irəliləyir, ayaqlara, topuqlara və bilək­lərə təsir edir. 

Diabet xəstələrdə ayaq xoralarının inkişaf riski yüksəkdir. Zamanla bu, osteomielit, qanqren və sepsisin yaranmasına və nəticədə, aşağı ətrafların amputasiyasına qədər gətirib çıxara bilər. 

Endokrinoloqların fikrincə, qanda şəkərin miqdarı ildə 2 dəfə yoxlanmalıdır. 

Z. HÜSEYNLİ, “Xalq qəzeti” 

Sosial həyat