Hava çox isti olacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrome­teorologiya Xidmətinin məlumatına əsasən avqustun 12-də Bakıda və Abşeron yarımadasında hava yağmur­suz keçəcək. Cənub-şərq küləyi əsəcək. Gecə 24-28°, gündüz 37-40°, bəzi yerlərdə 41-42° isti olacaq. Atmos­fer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 30-40 faiz olacaq. Abşe­ron çimərliklərində dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 27-28°, Cənub çimərliklərində: (Tür­kan, Hövsan, Sahil, Şıx) 28-29° isti olacaq. 

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yüksək dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. 

Gecə və səhər bəzi rayonlarda duman olacaq. Müla­yim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23- 28°, gündüz 35-40°, bəzi yerlərdə 42-44° isti, dağlarda gecə 16-21°, gündüz 29-34° isti olacaq. 

Q. QASIMOV, “Xalq qəzeti”

Ekologiya