Soydaşımızın təyyarədə xilaskarlığı

post-img

ll MDB Oyunları üçün Belarusa yola düşən muaytay üzrə Azərbaycan milli komandasının həkimi Dilbər Səfərova “Belaviya” hava gəmisində halı pisləşən balaca belarusluya ilkin tibbi yardım göstərərək onun həyatını xilas edib. 

Sərnişinlər arasında yeganə tibb iş­çisi olan Dilbər Səfərova tibbi yardım­dan sonra uşağın vəziyyətinin stabil olduğunu bildirib: “Qıc olmuş körpəni tutdum və ilkin tibbi yardım göstərdim, hərarətini salmaq üçün ona iynə vur­dum”. 

Azərbaycanlı həkim məcburi eniş edən təyyarədən uşağı endirərək onla­rı gözləyən təcili tibbi yardım əməkdaş­larına təhvil verdikdən sonra təyyarəyə - komandasının yanına qayıdıb. 

“Xalq qəzeti”

Son xəbərlər