24 GB RAM yaddaşı

post-img

Bir müddət bundan öncə belə bir məlumat yayılmışdı ki, OnePlus şirkəti 16 avqust tarixində təqdim edəcəyi “OnePlus Ace 2 Pro” smartfonunda maksimal RAM yaddaşının həcmini 24 GB-a yüksəldəcək. 

Qlobal KİV xəbər verir ki, müəyyən müddət ərzində bu məlumatın doğrulu­ğuna hətta məşhur insayderlər də şü­bhə etmirdilər. İndi isə həmin məlumat şirkət tərəfindən rəsmi şəkildə təsdiqlə­nib. 

Şirkət rəsmisi qeyd edib ki, təmsil etdiyi qurum yeni smartfon dövrünə qədəm qoyur. Bundan sonra flaqman smartfonlarda 24 GB RAM istifadə ediləcək. 16 GB-lıq RAM göstəricisi isə artıq tarixə qovuşacaq. 

Mənbə əlavə edib ki, “OnePlus Ace 2 Pro” smartfonunun LPDDR5X stan­dartlı 24 GB RAM-a və UFS 4.0 stan­dartlı 1 TB-lıq daxili yaddaşı olacaq. 

Aytən NƏCƏFOVA, “Xalq qəzeti”

İKT