Elm ruhun gözünü açır

post-img

Elmin bəşəriyyətin inkişaf və tərəqqisində əvəzsiz rolu barədə çox deyilib və yazılıb. Dünən “Facebook”da dostluğumda olan filologiya elmləri üzrə fəlsəfə doktoru Aynur Familqızının bu mövzuda özəl düşüncələri diqqətimi cəlb etdi: 

Elə bir dünya istəyirəm ki, orda əlin qələm tutursa, söz əhlisənsə, sülhdən yazasan! Yox əgər fırça əh­lisənsə insanlığın rəngini eşqlə, saf və təmiz məhəbbətlə boyayasan! Dü­şünüb musiqiyə üstünlük verirsənsə, mərifətlə, ustalıqla duyğulu notları çalsın barmaqların. 

Və “elmdən başqası yox”, - deyə­cək qədər aydınsansa, yol ver işığa – dünya nura boyansın, könüllər, dü­şüncələr aydınlansın, insanlıq kamil­ləşsin. 

Qədim yunan filosofu Platonun təbirincə desək, “elm insan ruhunun gözünü təmizləyir və yenidən açır. Ruhun gözü min dənə adi gözdən önəmlidir, çünki ancaq onun köməyi ilə həqiqəti görmək mümkündür”. 

Bir də ki elmin qanadlarında uçan aydınlarımızın - əsl alimlərimizın dəyərini bilək, qoruyaq. Qılıncın kəs­kinliyindən daha çox elmin, ağlın kəs­kinliyi insanı qəhrəman edir. 

Təqdim etdi: M.HACIXANLI, “Xalq qəzeti”

Sosial həyat