"Mançester Siti" yeni mövsümə uğurlu startla başladı

post-img

İngiltərə Premyer Liqasında 2023-2024-cü illər mövsümünə start verilib. Bu barədə "Mynet" məlumat yayıb. Bildirilir ki,  Premyer Liqaya bu il yüksəlmiş “Börnli” evdə son çempion “Mançester Siti” ilə qarşılaşıb.

Matç Törf Mur stadionunda keçirilib. Görüş qonaqların böyük hesablı qələbəsi ilə başa çatıb.  Belə ki, matçın 4-cü dəqiqəsində "Mançester Siti"nin futbolçusu Erlinq Haaland mövsümün ilk qoluna imza atıb. 36 dəqiqə sonra norveçli futbolçu meydan sahiblərini yenidən mərkəzə dəvət edib. Bununla da o, özünün və komandasının ikinci qolunu vurub. Matçda son nöqtəni “"Mançester Siti"nin futbolçusu Rodri qoyub.

Beləliklə, "şəhərlilər" səfərdə "Börnli" üzərində 3:0 hesablı qələbə qazanıblar. 

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman