Qaranlıq maddə – kainatın mənbəyi

post-img

Alimlər müxtəlif növ qaranlıq maddə ilə kainatlar yaratmaq üçün kompüter simulyasiyalarına müraciət ediblər. Bu təcrübənin əsas məqsədi bu simulyasiya edilmiş kainatlarda qravitasiya dalğalarının necə əmələ gəldiyini öyrənməkdir. 

Tədqiqat göstərib ki, qara dəliklərin birləşməsi hadisələrinin sayı qaranlıq maddənin digər hissəciklərlə qarşılıq­lı əlaqədə olub-olmaması və nədən ibarət olduğu sualına cavab verə bilər. 

Qaranlıq maddə kainatımızın ən bö­yük sirlərindən biridir. Bütün maddələ­rin, təxminən, 85 faizini təşkil etməsinə baxmayaraq, alimlər hələ də onun tə­biəti haqqında çox az şey bilirlər. 

Onun xüsusiyyətlərini yoxlamağın bir yolu qalaktikaların onun halolarında necə əmələ gəldiyini öyrənməkdir. Qa­ranlıq maddə neytrino kimi hissəciklərlə qarşılıqlı əlaqədə olursa, bu, yaranan qalaktikaların sayına təsir edə bilər. 

Lakin bu cür qalaktikaların birbaşa tədqiqi onların uzaqlığına görə çətindir. Buna görə də alimlər onların mövcud­luğunu dolayı yolla təsdiqləmək üçün qravitasiya dalğalarından istifadə etmə­yi təklif ediblər. 

“Xalq qəzeti”

Dünya