İnsan kimi dişləri olan köpəkbalığı

post-img

Avstraliyalı alimlər insanabənzər azı dişləri olan yeni köpəkbalığı növü aşkar ediblər. 

“Heterodontus marshallae” adlanan zolaqlı buynuzlu köpəkbalığı növünə yalnız Avstraliyanın şimal-qərbindəki sularda, təxminən, 125–230 metr dərin­liklərdə rast gəlinir. Bu növün çoxlu sıra dişləri var ki, bu da onlara molyuskaları və xərçəngkimiləri yeməyə imkan verir. 

Qeyd edək ki, bundan əvvəl Avstra­liyanın Cənubi Uels sahillərində qaba­rıq gözləri və insanabənzər təbəssümü olan qəribə köpəkbalığı tutulmuşdu. 

F. SALMANOVA, “Xalq qəzeti”

Maraqlı