Azərbaycan Premyer Liqası: "Qəbələ" "Araz Naxçıvan"a, "Zirə" "Kəpəz"ə qarşı

post-img

Bu gün Azərbaycan Premyer Liqasında II tura start veriləcək.  "Dalğa Arena"da "Qəbələ" klubu "Araz-Naxçıvan"la qarşılaşacaq.

Fərid Hacıyevin idarə edəcəyi matç saat 18:00-da başlayacaq. Yeri gəlmişkən, hazırda xalı olmayan bu komandalar 9-10-cu pillələrdə qərarlaşıblar.

Günün digər oyununda ötən tur "Qarabağı" öz meydanında məğlub etməyi bacaran "Zirə" doğma stadionunda "Kəpəz"i qəbul edəcək. Matçı Kamal Umudlu idarə edəcək. Görüş saat 21:00-da start götürəcək.

Qeyd edək ki, ilk turdan sonra hərəyə 3 xalı olan komandalar 4-5-ci yerləri bölüşürlər.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman