II MDB Oyunlarında gümüş medal

post-img

Minskdə II MDB Oyunlarında Azərbaycan komandasının çıxışı davam edir. 

Gənclər və İdman Nazirliyindən “Xalq qəzeti”nə bildirilib ki, boks yarış­larında təmsilçimiz Aynur Mikayılova (54 kq) final döyüşünə çıxsa da, özbə­kistanlı rəqibinə məğlub ola­raq ikinci olub. 

Muay-tayçılarımızdan isə Xəyal Əliyev (60 kq) bütün rəqiblərini məğlub edərək fi­nala yüksəlib. 

Bununla da, komandamı­zın yarışda qazandığı me­dalların sayı 38-ə çatıb. Bu nəticə ilə yığmamız 4-cü sı­radadır. Turnir cədvəlinə Ru­siya 202 medalla liderlik edir. 

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman