Oynaq ağrılarının çarəsi

post-img

Kollagen son illərdə populyarlıq qazansa da, hələ də hamı onun faydalarından xəbərdar deyil. Belə deyirlər ki, oynaq ağrılarının azaldılmasında, dəri sağlamlığının qorunmasında kollagen böyük rol oynayır. Kollagen bədəndə ən bol zülaldır. O, dəridə, sümüklərdə və əzələlərdə çox olur.

Həkim Tatyana Zaxarovanın sözlərinə görə, kollagen qəbulunun artırılması oynaqlar arasında əlavə yumşaq dəstək yaratmağa kömək edə, sürtünməni və buna görə də ağrıları azalda bilər. O deyib ki, kollagen zamanla qığırdaqların parçalanması riskini azalda bilər ki, bu da uzun müddətdə sağlam oynaqların və əzələlərin qorunmasında son dərəcə faydalı ola bilər.

Kollagen sümük sıxlığını, onun gücünü və quruluşunu artırmağa kömək edə bilər.

Nəticədə, həyatın sonrakı dövrlərində osteoporozun inkişaf riski, sınıq riski də azalır. Maraqlıdır ki, tədqiqatlar kollagen qəbulunun qadınlar üçün daha faydalı olduğunu aşkara çıxarıb. Araşdırmalar göstərib ki, kollagen qəbulunu artıran qadınların sümük sıxlığı başqalarına nisbətən 7 faiz çoxalıb.

Z.HÜSEYNLİ, “Xalq qəzeti”

Sosial həyat