Mədəyə dost bitkilər...

post-img

İnsan orqanizmi təbii otlarla daha effektiv müalicə olu­nur. Lakin bunun üçün həkimlə məsləhətləşmək mütləq­dir. Orqanizm fərdi olduğundan bir bitki 2 insana fərqli təsir edə bilər.

Fitoterapevt Olqa Moro­nun sözlərinə görə, bitkilə­rin faydalı xüsusiyyətlərini saxlaması üçün məhsul yı­ğımı texnologiyasını bilmək lazımdır. Elə bitki var ki, onu günəş doğmadan yığ­maq lazımdır, digərini işıqda və s. Buna görə də dərman bitkilərini aptekdən almaq məsləhətdir. Mədə-bağırsaq problemi olanlar üçün evdə bu bitkilər olmalıdır:

Çobanyastığı. Həzm pozğunluğu, ürəkdə göynəmə, mədədə yük­sək turşuluq, həmçinin koliti olan uşaqlar üçün çox təsirli bir vasitədir.

Yovşan. Bu bitkini təşkil edən maddələr şişkinliyi azaldır və həzm şirələrinin sərbəst buraxılmasına kömək edir.

Yaşıl çay. Tərkibində olan katexin flavonoidləri mədə xoralarının sağalmasına kömək edir və təkrar yaranmasının qarşısını alır.

Nanə. Bağırsaqların spazmını aradan qaldırır, ağrıları əhəmiyyətli dərəcədə azaldır. Ürəkbulanmanı götürür və hər hansı həzm pozulma­sında faydalıdır.

Bəlğəmotu. Bu bitkini su ilə qarışdırıb içəndə mədəaltı vəzin selikli qişasına yaxşı təsir edir. Mədə xorası və kolitdə də çox faydalıdır.

Mütəxəssislərin fikrincə, bunlardan başqa, aloe, şüyüd toxumu, zəncəfil, kələm suyu, zərdəçal, alma sirkəsi də həzm orqanlarına fay­dalı təsir göstərir.

Z.HÜSEYNLİ, “Xalq qəzeti”

Sosial həyat