Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən iyulun 27-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 20-25°, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 759 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70 , gündüz 40-45 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 30-35°, dağlarda gecə 10-15°, gündüz 15-20° isti olacaq.
Q. QASIMOV, “Xalq qəzeti”