Oyuncaq da maddi-mənəvi irsdir

post-img

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin qeyri-maddi mədəni irs daşıyıcısı kimi tanıdığı 73 yaşlı oyuncaq ustası Orhan Karaalioğlu uşaqlıq xatirələrindən ilhamlanaraq keçmişin unudulmuş oyuncaqlarını düzəldir və bu ənənəvi oyun­caqdüzəltmə sənətini gənc nəslə ötürür. 

Karaalioğlu “Anadolu” Agentliyində uzun müddət fotomüxbir kimi fəaliyyət göstərib. Təqaüdə çıxdıqdan sonra oyun­caqlar düzəltməyə, uşaqlıq illərinin oyun­caqları ilə bağlı xatirələrini “Əl işi ənənə­vi oyuncaqlar” adlı kitabında toplayıb. Bəzən zərərli materiallardan hazırlanan oyuncaqların təhlükəli olduğunu deyən Karaalioğlu uşaqlar üçün heç bir zərəri olmayan su əsaslı akril boyalardan istifa­də edir. Onun düzəltdiyi əl işləri uşaqları əyləndirməklə yanaşı, bacarıqlarını da in­kişaf etdirir. 

Uşaqların planşet və telefonlarda rəqəmsal oyunlarla həddindən artıq məş­ğul olması ilə bağlı narahatlığını ifadə edən Karaalioğlu onların ünsiyyətinin və əyləncəsinin ənənəvi oyuncaqlar vasitə­silə qurulmasının vacibliyini vurğulayır. 

Qeyri-maddi mədəni irsin daşıyıcısı olaraq, Karaalioğlu ənənəvi oyuncaq­düzəltmə sənətini inkişaf etdirmək və gələcək nəsillərə ötürmək istiqamətində işlərini davam etdirir.

F. HÜQUQQIZI, “Xalq qəzeti”

Dünya