Azərbaycan Premyer Liqası: İlk turun cədvəli

post-img

Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün I turunun oyun cədvəli müəyyənləşib.

Mövsümə Tovuzda start veriləcək. Yerli “Turan Tovuz” avqustun 4-də elitaya qayıdan “Araz-Naxçıvan”la görüşə­cək. Avqustun 5-də “Səbail” – “Sumqayıt”, “Qarabağ” – “Zirə” qarşılaşmaları keçirilə­cək. Bir gün sonra isə “Kəpəz” – “Neftçi”, “Sabah” – “Qəbələ” oyunları baş tutacaq. 

Qeyd edək ki, aparılan iş­lərin yekunları ilə tanış olmaq məqsədilə qarşılaşmaların təşkil ediləcəyi Tovuz və Gəncə şəhər stadionlarına iyulun 31-də yekun baxış keçiriləcək.

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman