Çinin Çenqdu şəhərində keçirilən XXXl Ümumdünya Yay Universiadasında Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib.
Mərasimdən sonra Atletlər kəndində Azərbaycanın şərəfinə ağac əkilib.
XXXl Ümumdünya Yay Universiadasının açılış mərasimi iyulun 28-də keçiriləcək. Açılış mərasimində Azərbaycan bayrağını cüdoçumuz Gültac Məmmədəliyeva və atletimiz Nazim Babayev daşıyacaqlar.
Leyla SABİRQIZI, “Xalq qəzeti”