Maribor-2023-də 2 qızıl medal

post-img

Maribor-2023 XVII Avropa Gənclər Olimpiya Festivalında cüdoçu qızlarımız uğurla çıxış edərək qalib adına layiq görülüblər. Komandamızın aktivinə qızıl medalları Vüsalə Hacıyeva (48 kq) və Xədicə Qədəşova (52 kq) yazdırıblar. 

Təmsilçilərimizdən Məhəmməd Musayev (60 kq) və Cəsur İbadlı (66 kq) isə bürünc medal qaza­nıblar. 

Xatırladaq ki, Maribor-2023-də bundan əvvəl cüdoçularımız Nihad Məmişov (50 kq) və Ayxan Mirzəzadə (55 kq) üçüncü yeri tutublar.

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman