Milli mediamız cəmiyyətin söz aynasıdır

post-img

22 İyul Milli Mətbuat və Jurnalistika Günü münasibətilə bu il də ölkənin hər yerində dövlət və vətəndaş qurumları, ayrı-ayrı idarə və təşkilatlar müxtəlif tədbirlər keçirib. Bu görüşlərdə medianın müstəqillik və demokratiya şəraitində misilsiz rolu vurğulanıb, jurnalistlərimizə ölkənin geniş oxucu, dinləyici və tamaşaçı auditoriyasının sevgi-sayğısı ifadə olunub, təbrikləri çatdırılıb.

Bakı

Paytaxtın Nəsimi rayonunda milli jurnalistikamızın təməl günü münasi­bətilə ölkə mediasının təmsilçiləri ilə görüş keçirilib.

Nəsimi Rayon İcra Hakimiyyətində təşkil edilən toplantıda rayon icra başçı­sı Asif Əsgərov qonaqları salamlayaraq bildirib ki, yaranmasının 148 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Mətbuatı bö­yük və şərəfli inkişaf yolu keçmiş, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olub. Mətbuatımız mütərəqqi ənənələ­ri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirib. Azərbaycan mediasını milli maraqlar zəminində inkişafı isə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Rayon rəhbərliyinin kütləvi infor­masiya vasitələri ilə sıx və məhsuldar əlaqələrə hər zaman mühüm əhəmiy­yət verdiyini qeyd edən Asif Əsgərov vurğulayıb ki, bu əməkdaşlıq paytaxtın mərkəzi rayonunun hərtərəfli inkişafına geniş ictimai dəstər qazandırır. Prezi­dent İlham Əliyevin islahatlar, tərəqqi strategiyasının uğurla həyata keçiril­məsində də ölkənin demokratik KİV-ləri önəmli rol oynayır.

“Bakı Xəbər” qəzetinin baş redakto­ru Aydın Quliyev, YAP Nəsimi rayon təş­kilatının sədri Azər Süleymanov və di­gər çıxış edənlər milli mediamızın tarixi ənənələrinin müstəqillik illərində uğurla davam etdirilməsindən söz açmış, milli maraqların qorunmasında jurnalistlərin fədakar fəaliyyətini vurğulamışlar.

Görüşdə rayon ictimaiyyətinin media təmsilçilərinə təbrikləri çatdırılıb, Nəsimi RİH-in hədiyyələri təqdim olunub.

***

Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Qaradağ Rayon İcra Ha­kimiyyətində də tədbir keçirilib.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov media nümayəndələrini təbrik edib, 148 illik tarixi olan Azərbaycan milli mətbua­tının özünəməxsus ənənələr yaratdığını diqqətə çatdırıb. Bildirilib ki, Ümummilli lider Heydər Əliyev demokratik dövlət quruculuğu prosesində kütləvi informa­siya vasitələrinin rolunu daim yüksək qiymətləndirərək, Azərbaycanda sen­zuranın ləğvi və bir sıra digər tədbirlərlə mətbuatın inkişafına böyük dəstək ve­rib.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov, RİH aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bay­ramov qeyd ediblər ki, mətbuatımızın inkişafına, jurnalistlərin sosial müdafiə­sinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün Prezident İlham Əliyev tərəfin­dən ardıcıl surətdə və daha geniş miq­yasda davam etdirilir. 

Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyəti adından KİV nümayən­dələrinə hədiyyələr verilib.

***

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 22 İyul Milli Mətbu­at və Jurnalistika Günü münasibətilə ölkənin aparıcı media qurumlarını təbrik edib, bir qrup jurnalisti pulla mükafatlandırıb, ehtiyacı olanlara yardım göstərib.

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi isə qurumun üzvü olan redaksiyaların kollektivlərinə bay­ram sovqatı olan bağlamalar göndərib. “Xalq qəzeti”nin kollektivi də bu sırada­dır. Redaksiyamız göstərilən diqqətə, səmimi təbriklərə və sovqata görə AHİK-in və sahə həmkarlar ittifaqının rəhbərliyinə təşəkkürünü bildirir.

***

İyulun 21-də Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Milli Mətbuat Günü münasibətilə ke­çirilən mükafatlandırma mərasimin­də bir sıra jurnalistlərə İttifaqın fəxri fərmanları təqdim olunub.

Tədbirdə Azərbaycan Teatr Xadim­ləri İttifaqı sədrinin vəzifə səlahiyyətləri­ni icra edən Xalq artisti Hacı İsmayılov Azərbaycan mətbuatının keçdiyi şərəfli yoldan danışaraq, media nümayəndələ­rini bayram münasibətilə təbrik edib və onlara gələcək işlərində uğurlar arzu­layıb. O, kütləvi informasiya vasitələri ilə əlaqələrin inkişafından məmnunluq ifadə edilib, faydalı əməkdaşlığın bun­dan sonra da uğurla davam edəcəyinə əminlik bildirilib.

Sonda teatr sənətinin inkişafındakı xidmətlərinə görə və Milli Mətbuat Günü münasibətilə media nümayəndələri təltif ediliblər. Fəxri fərmanla mükafatlandı­rılanlar onlara göstərilən diqqətə görə İttifaqın rəhbərliyinə dərin təşəkkürlərini bildiriblər.

***

Dünən “Nar” şirkəti əlamətdar gün münasibətilə media nümayəndələrini ənənəvi olaraq təşkil olunan intellek­tual yarışmada bir araya gətirib. 

20-dən çox media orqanını təmsil edən jurnalistlər 7 komandada biliklə­rini yarışdırıblar. Builki yarışmada işti­rakçılara 7 tur boyunca milli və dünya mədəniyyətinə, tarixə, texnologiyaya aid müxtəlif çətinlikdə suallar verilib. Bununla yanaşı, komanda quruculuğu oyunları ilə media nümayəndələrinin bir-biri ilə daha yaxından tanışolma für­səti olub.

Qaliblərin seçimi zamanı həm intel­lekt yarışının xalları, həm də komanda quruculuğu oyununun nəticələri nəzərə alınıb. Nəticə etibarilə, yarışda qalibiy­yəti “Ziya” komandası qazanıb, “Yeni Həyat” komandası 2-ci, “Molla Nəsrəd­din” komandası isə 3-cü yerləri tutublar. Qalib komandalara “Nar” tərəfindən xüsusi hədiyyələr təqdim edi­lib.

***

Milli Mətbuat Günü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları “22 İyul – Milli Mətbuat Günü” adlı virtual sərgi hazırlayıblar.

Virtual sərgidə Azərbaycan Milli Mət­buatının inkişafına dair rəsmi sənədlər, görkəmli şəxslərin milli mətbuatımız haqqında fikirləri, fotolar, mətbuat və jur­nalistikamızın inkişaf tarixini əks etdirən kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyən­lər http://anl.az/el/vsb/22_iyul/index.html linkindən istifadə edə bilərlər.

***

Dünən Bakıdakı Rus evində də Azərbaycanda geniş qeyd olunan Milli Mətbuat Günü münasibətilə jur­nalistlərin mükafatlandırılması məra­simi keçirilib. 

“Rossotrudniçestvo”nun Azərbay­can Respublikasındakı nümayəndəli­yinin rəhbəri İrek Zinnurov jurnalistləri peşə bayramları münasibətilə təbrik edib, onlara gələcək uğurlar arzulayıb. Bildirilib ki, 1875-ci il iyulun 22-də döv­rünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzetinin ilk nömrəsi işıq üzü görüb. Zəngin tarixə malik Azərbaycan milli mətbuatı ölkənin ictimai-siyasi həyatında mühüm rol oy­nayıb və oynamaqda davam edir.

Sonra medianın ən çox fərqlənən nümayəndələrinin mükafatlandırılması mərasimi olub. Jurnalistlərə informasi­ya sahəsində uğurlu əməkdaşlığa görə fəxri diplomlar təqdim olunub.

Naxçıvan

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Om­budsman) və “Şərq qapısı” qəzeti­nin birgə təşkilatçılığı ilə 22 İyul Milli Mətbuat və Jurnalistika Gününə həsr olunmuş “Heydər Əliyev və milli mət­buat” mövzusunda toplantı keçirilib. 

Məclisi giriş sözü ilə “Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Mux­tar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanova açaraq bildirib ki, Azərbaycan ictimaiyyəti 2 mühüm tarixi hadisənin – Ümummilli liderin doğma Naxçıvana qayıdışının və milli mətbua­tın yaranmasının ildönümünü qeyd edir. Ulu öndər respublikada hakimiyyətinin hər iki dövründə mətbuata həmişə bö­yük yaradıcılıq sərbəstliyi, demokratik meydan yaradıb, müstəqil, demokratik mətbuatın inkişafına xüsusi əhəmiyyət verib. 

Naxçıvan Muxtar Respublikasının İn­san Hüquqları üzrə Müvəkkili (Ombud-sman) Aparatının şöbə müdiri Vahidə Bayramova, Naxçıvan Mətbuat Şura­sının sədri Rövşən Hüseynov, Nax­çıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının əməkdaşı Zilhiccə Abdullayeva milli jurnalistikamızın şan­lı tarixindən və demokratik cəmiyyətdə oynadığı önəmli roldan söhbət açıblar.

Çıxış edənlər Azərbaycan mediası­nın nümayəndələrini səmimi təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzula­yıblar.

Sumqayıt

Sumqayıtda da 22 İyul Milli Mətbu­at və Jurnalistika Gününə həsr edilən silsilə tədbirlər keçirilib.

Şəhər icra hakimiyyəti başçısının 1-ci müavini Teymur Səmədov, İcra aparatının məsul əməkdaşları Fərman Kazımov və Eyvaz Qocayev Əməkdar jurnalist Rəhman Orxana evində baş çəkiblər. Qeyd edək ki, Rəhman Orxan uzun illər “Vışka” qəzetinin xüsusi müx­biri vəzifəsində çalışıb, 90-cı illərdə özü­nün təsis etdiyi “Bakinets” qəzetində isə ulu öndərin siyasi hakimiyyətə qayıdışı­nın vacibliyi haqqında cəsarətli yazılarla çıxış edib. Bir neçə il bundan öncə təqa­üdə çıxmış Əməkdar jurnalist hazırda səhhəti ilə əlaqədar işləmir. 

Qonaqlar peşə bayramı münasi­bətilə Rəhman Orxanı şəhər rəhbərliyi adından təbrik edərək ona ən xoş ar­zularını bildiriblər. Rəhman Orxan Milli Mətbuat və Jurnalistika Günü ərəfəsin­də onu yad etdiklərinə, diqqət və qayğı göstərdiklərinə görə Sumqayıt Şəhər İcra Hakimiyyəti aparatının əməkdaşla­rına dərin minnətdarlığını bildirib. 

Masallı

Masallı Rayon İcra Hakimiyyəti­nin təşkilatçılığı ilə Milli Mətbuat və Jurnalistika Günü ilə əlaqədar tədbir keçirilib.

Heydər Əliyev Mərkəzində təşkil olunan dəyirmi masada rayon icra ha­kimiyyəti başçısı Araz Əhmədov 22 İyul Milli Mətbuat və Jurnalistika Günü münasibəti ilə qələm sahiblərini təbrik edib. Natiq bildirib ki, 148 il öncə nəşrə başlayan “Əkinçi” qəzeti Azərbaycanın milli mətbuatının əsasını qoydu. Həsən bəy Zərdabinin naşirliyi ilə işıq üzü görən “Əkinçi” bəlkə də necə böyük bir ənənənin başlanğıcında dayandığının fərqində deyildi. Amma bir məsələ fakt­dır ki, məhz “Əkinçi”nin ardından dünya mətbuatı müstəvisinə can atan Azər­baycan mətbuatı ötən 148 ildə böyük inkişaf yolu keçib. 

Sonra YAP Masallı Rayon Təşkilatı­nın sədri Seyfəddin Əliyev, “Respublika” qəzetinin bölgə müxbiri Əlisəfa Həsə­nov, “Yeni həyat” rayon qəzetinin baş redaktoru Əlihuseyn Şükürov, “Azər­baycan” qəzetinin bölgə müxbiri Seyran Cavadov, Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev və başqaları milli jurnalistikamızın uğurlarından və qarşı­da duran vəzifələrdən danışıblar.

Göyçay

Rəsul Rzanın ev-muzeyində MilliMətbuat Günü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan mət­buatı” mövzusunda dəyirmi masa keçirilib.

“Göyçay” qəzetinin redaktoru, Əməkdar müəllim Adil Məmmədov milli mətbuatın yaranma tarixindən danışa­raq bildirib ki, Azərbaycan mediası ya­randığı ilk gündən qabaqcıl ideyaların–maarifçiliyin, milli azadlığın, demokratik fikrin carçısı olub. Həsən bəy Zərdabi “Əkinçi” qəzetini yaratmaqla cəmiyyətin inkişafında, mənəvi, siyasi, əxlaqi təka­mülündə müstəsna rol oynayıb.

Dəyirmi masada çıxış edən “Ədalət” qəzetinin redaktor müavini Məzahir Əh­mədov və digərləri bildiriblər ki, Azər­baycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, xalqın böyük Zəfərinin müjdəçisi olub. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımız 44 günlük Vətən müha­ribəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizə­sinə töhfələrini verdiyi kimi, postmühari­bə dövründə də bu işi davam etdirmək­dədir.

Görüşdə Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycan­da jurnalistikanın inkişafına göstərdiyi hərtərəfli dəstəkdən, mətbuat işçiləri­nin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində gördüyü tədbirlərdən də geniş bəhs edilib. 

Naftalan

Naftalan Şəhər İcra Hakimiyyəti­nin təşkilatçılığı ilə Milli Mətbuatın 148-ci ildönümü münasibətilə bir qrup media nümayəndəsi ilə görüş keçirilib.

Dəyirmi masa arxasında keçirilən səmimi görüşdə şəhər icra hakimiyyəti­nin başçısı Vüqar Novruzov Azərbaycan milli mətbuatının olduqca böyük tarixi in­kişaf yolu keçdiyini qeyd edərək kütləvi informasiya vasitələrinin insanların ma­ariflənməsi, milli şüurun formalaşması, xalqımızın azadlıq amallarının gerçək­ləşməsi və mənəvi dəyərlərimizin qo­runmasına mühüm töhfələr verməsin­dən söhbət açıb, Ulu öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğının Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdiril­məsindən danışıb, jurnalistlərə çətin və şərəfli işlərində uğurlar arzulayıb.

Çıxış edənlər Azərbaycan mətbua­tının yüksək dövlət dəstəyi və qayğısı ilə əhatə olunması, bu istiqamətdə ardı­cıl və məqsədyönlü islahatların həyata keçirilməsi nəticəsində köklü dəyişiklik­lərin baş verdiyini qeyd edib və buna görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər. 

Tədbirin sonunda ŞİH tərəfindən mətbuat nümayəndələrinə xatirə hədiy­yələri təqdim olunub.

 

T.RÜSTƏMLİ,
Ə. ƏLİYEV,
H.QASIMOV,
S.HƏSƏNOV,

“Xalq qəzeti”















Sosial həyat